UEFA-dan "Bazel"ə ağır cəza
"Bazel" Avropa Liqasının 1/4 finalında "Valensiya" ilə ilk matçı azarkeşsiz oynayacaq.

Qitənin ali futbol qurumu İsveçrə təmsilçisini iki oyunluq cəzalandırıb. Buna Avropa Liqasının 1/8 finalında "Zalsburq"la cavab qarşılaşmasında klubun azarkeşlərinin yandırıcı maddələrdən istifadə etməsi səbəb olub. "Bazel" UEFA-ya 107 min avro cərimə də ödəyəcək.

Qeyd edək ki, "Bazel"in qərardan apelyasiya şikayəti verəcəyi gözlənilir.

Xəbər 809 dəfə oxundu.