"İspaniyadan gələn təkliflərlə maraqlanmıram"
"Yuventus"un futbolçusu Artur Vidal yeni mövsümdə də A seriyasında oynayacaq.

Adı Madrid "Real"ı ilə hallanan yarımmüdafiəçi mövsümün sonunda heç bir yerə getməyəcəyini deyib:

"İspaniyadan gələn təkliflərlə maraqlanmıram. Burada çox xoşbəxtəm. Klubun prezidenti Andrea Aqnelliyə Çempionlar Liqasını qazanacağımıza dair söz vermişəm. Buradan ayrılmayacam".

Xəbər 790 dəfə oxundu.