Buffon daha 3 il "Yuventus"da qalacaq
"Yuventus" klubu əfsanəvi qapıçısı Canluici Buffonla müqavilə yeniləməyə hazırlaşır.

Qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi Buffonla 3 illik müqavilə imzalayacaq.

36 yaşlı qolkiper Braziliyada keçiriləcək dünya çempionatından sonra "Yuventus"la rəsmi müqavilə imzalayacaq. Təcrübəli qapıçının 2017-ci ildə karyerasını başa vurmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, 2001-ci ildən "Yuventus"un şərəfini qoruyan Buffon komandası ilə 479 oyunda meydana çıxıb.

Xəbər 739 dəfə oxundu.