Voleybol üzrə respublika turniri keçirilib
11-19 mart tarixlərində Bakı şəhərində Respublika Bədən Tərbiyəsi İdman Mərkəzi “Novruz bayramı” münasibəti ilə respublika ümumtəhsil məktəb şagirdləri arasında voleybol üzrə (oğlan) respublika turniri keçirilib.

Turnirdə respublikanın şəhər və rayonlarının 15 komandası iştirak edib.

Sonda Şəki komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

Qaliblər RBTİM-nin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 2299 dəfə oxundu.