AZAL-ın yeni baş məşqçisi Tərlan Əhmədovun ilk köməkçisi müəyyənləşib
Baş məşqçi Vaqif Sadıqovun gedişindən sonra Bakının AZAL futbol komandasına rəhbərlik edəcək Tərlan Əhmədovun ilk köməkçisi müəyyənləşmişdir.

“A” kateqoriyalı məşqçiyə AZAL-da Vadar Nuriyev kömək edəcəkdir.
V.Nuriyev “İnter”in aşağı yaş qruplarında və U-19 millimizdə məşqçi kimi fəaliyyət göstərmişdir.

Xəbər 897 dəfə oxundu.