Totti: "Dünya çempionatında oynamaq istəyirəm"
"Roma" klubunun kapitanı Françesko Totti qarşıdakı dünya çempionatında oynamaq istədiyini bildirib.

Klubun rəsmi saytına danışan Totti bunun daha çox özündən asılı olacağını deyib:

"Mən dünya çempionatına Antonio Kassanonu apararam. Özümə gəlincə niyə də yox? Əgər özümü sağlam və yaxşı hiss etsəm, dünya çempionatında oynaya bilərəm. Ümid edirəm ki, dünya çempionatına qədər formada qalacam".

Xəbər 839 dəfə oxundu.