Mançini Mourinyonu yenə məğlub edə bilmədi
"Qalatasaray"ın baş məş məşqçisi Roberto Mançini Joze Mourinyonu yenə məğlub edə bilməyib.

İtaliyalı mütəxəssis Mourinyo ilə indiyə kimi 6 matçda qarşılaşıb.

Mançinin 2002/2003 mövsümündə çalışdırdığı "Latsio" UEFA kubokunun yarımfinalında Mourinyonun baş məşqçilik etdiyi "Portu"ya rəqib olub. Bu matçların birincisində “Portu” 4:1 hesabı ilə qalib gəlmiş, cavab qarşılaması isə 0:0 hesabı ilə başa çatmışdı. Ötən mövsüm isə "Mançester Siti"nin baş məşqçisi olan Mançini artıq "Real"da işləyən portuqaliyalı mütəxəssislə Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəlib. İspaniyadakı matçda uduzan "Mançester Siti" İngiltərədə 1:1 hesablı bərabərliklə kifayətlənib.

Bu mövsüm bir daha qarşılaşan baş məşqçilərin mübarizəsində yenə də üstün tərəf Mourinyo olub. Onun komandası "Çelsi" "Qalatasaray"la Çempionlar Liqasının 1/8 finalının ilk oyununda 1:1 hesabı ilə barəbərə qalıb. Cavab qarşılaşmasında isə London klubu 2:0 hesablı qələbə qazanıb.

Xəbər 814 dəfə oxundu.