Basketbol üzrə Azərbaycan millisi Qırğızıstanda ikinci qələbəsini qazanıb
Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında təşkil olunmuş ənənəvi “Novruz kuboku” turniri davam edir.

Dörd komandanın iştirakı ilə keçirilən yarışda Azərbaycan millisi ikinci oyununu keçirmişdir.
Komandamız Özbəkistan millisi ilə qarşılaşmış və rəqibini 91:71 hesabı ilə məğlub etmişdir.

Yığmamız ilk oyununu da qələbə ilə yekunlaşdırmışdır. Basketbolçularımız Qazaxıstanın MOİK komandasına 86:61 hesabı ilə qalib gəlmişlər.

Xəbər 1238 dəfə oxundu.