"Real"ın futbolçusu 6 aylıq sıradan çıxdı
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində evdə "Şalke"ni 3:1 hesabı ilə məğlub edən "Real" (Madrid) klubu ciddi itki ilə üzləşib.

Matçın 2-ci dəqiqəsində sağ dizindən zərbə alan Xese Rodriqez 6 dəqiqə sonra əvəzlənib.

Gənc futbolçu 8-ci dəqiqədə yerini Qaret Beylə buraxıb. Sağ dizinin çarpaz bağlarının qopduğu bildirilən Xesenin ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm 27 oyunda forma geyinən ispaniyalı futbolçu 8 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 842 dəfə oxundu.