Tomas Müller "Barselona"nın hədəfində
"Bavariya" klubunun hücumçusu Tomas Müller karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Alman futbolçu ilə "Barselona" klubu yaxından maraqlanır.

Kataloniya təmsilçisi Müllerin transferi üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır. Münhen təmsilçisi klubla 2017-ci ilə qədər müqaviləsi olan Mülleri satmağı düşünmür. Lakin yüksək məbləğ qarşılığında 24 yaşlı futbolçunun komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən "Bavariya"nın şərəfini qoruyan Müller keçirdiyi 156 oyunda 57 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 909 dəfə oxundu.