Basketbol üzrə Azərbaycan millisi Qırğızıstanda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb
Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi “Novruz kuboku” turniri başlamışdır.

Dörd komandanın iştirakı ilə keçirilən yarışın açılış matçında Azərbaycan millisi Qazaxıstan təmsilçisi MOİK komandası ilə qarşılaşmışdır.

Oyun yığmamızın 86:61 hesablı qələbəsi ilə başa çatmışdır.

Xəbər 1172 dəfə oxundu.