Runi "Olimpiakos"la oyunöncəsi azarkeşlərə səsləndi
"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi Çempionlar Liqasının 1/8 finalının cavab oyunu çərçivəsində sabah qarşılaşacaqları "Olimpiakos"la görüş barədə fikirlərini bölüşüb.

İngilis futbolçu "facebook" sosial şəbəkəsindəki səhifəsində vacib oyunöncəsi azarkeşlərdən dəstək istəyib:

"Liverpul"la oyun karyeramda ən pis görüşlərdən biri idi. Belə məğlubiyyətlə barışmaq çətindir. Bizi final fitinədək dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Qarşıda "Olimpiakos"la vacib matçımız var. Əgər azarkeşlərimiz yenə bizi yüksək səviyyədə dəstəkləsələr, qələbə qazanmaq şansımız yaranacaq".

Qeyd edək ki, "Mançester Yunayted" - "Olimpiakos" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 1037 dəfə oxundu.