"İtaliyadan ancaq "Real"da oynamaq üçün ayrıla bilərəm"
"Yuventus"un futbolçusu Pol Poqba böyük ehtimalla yeni mövsümdən La Liqada oynayacaq.

Gənc yarımmüdafiəçi "Real"a transfer olunmaq istədiyini deyib:

"İngiltərəyə dönməyi düşünmürəm. İtaliyadan ancaq "Real"da oynamaq üçün ayrıla bilərəm".

Qeyd edək ki, Madrid klubu da Poqbanı heyətinə qatmaq istəyir. Bu səbəbdən onun mövsümün sonu "Real"a transfer olunma ehtimalı yüksəkdir.

Xəbər 860 dəfə oxundu.