Şaqiri: "Bavariya"dan ayrıla bilərəm"
"Bavariya"nın futbolçusu Xerdan Şaqiri mövsümün sonunda Münhen təmsilçisindən ayrıla bilər.

Bu barədə 22 yaşlı oyunçunun özü açıqlamasında deyib:

"Hazırda "Bavariya"da xoşbəxtəm. Ancaq istədiyim təklif gələrsə, buradan ayrıla bilərəm. Aldığım təklifləri dəyərləndirəcəm".

Qeyd edək ki, X.Şaqiri ilə "Liverpul", "Yuventus", "Napoli" və "Borussiya"nın (Münhenqladbarx) maraqlandığı iddia edilir.

Xəbər 896 dəfə oxundu.