Droqba: "Çelsi"yə qol vursam..."
"Qalatasaray"ın futbolçusu Didye Droqba "Çelsi" ilə oyunöncəsi təşkil olunan mətbuat konfransında bu gün keçiriləcək qarşılaşma haqda fikirlərini bildirib.

Təcrübəli hücumçu sabiq komandasına qarşı oynamağın çətin olduğunu qeyd edib: "Çelsi"yə qarşı oynamaq mənim üçün mənəvi cəhətdən çətindir. Amma matça köklənmək çətin olmayacaq. Nəticədə "Qalatasaray"ın oyunçusuyam və peşəkaram.

"Qol vursan sevinərsənmi?" sualında Droqba belə cavab verib: "Qol vursam sevinməyə bilərəm. Ancaq qalib gəlsək və mərhələni adlasaq, çox sevinəcəm".

Xəbər 886 dəfə oxundu.