"Bavariya" Mandzukiçin təzminat qiymətini açıqladı
"Bavariya" klubu Avropa nəhənglərinin transfer hədəfində olan Mario Mandzukiçin təzminat qiymətini açıqlayıb.

Xorvartiyalı futbolçunu transfer etmək istəyən komandalar 30 milyon avrolarından keçməli olacaqlar.

27 yaşlı futbolçu ilə hazırda "Real" (Madrid), "İnter" və "Yuventus" klubları yaxından maraqlanır. Mövsümün sonunda bu komandalardan hansının Mandzukiç üçün 30 milyon avrosundan keçəcəyi maraq doğurur.

Qeyd edək ki, Mandzukiç 2012-ci ildə "Volfsburq"dan "Bavariya"ya transfer olunub.

Xəbər 855 dəfə oxundu.