Edin Dzeko "Borussiya"ya doğru
"Mançester Siti"nin futbolçusu Edin Dzeko yeni mövsümdən Bundesliqada oynaya bilər.

27 yaşlı hücumçunu "Borrusiya" (Dortmund) klubu transfer etmək istəyir.

Dortmund təmsilçisi futbolçu ilə demək olar ki, razılığa gəlib. Klubu Dzeko üçün "Mançester Siti"yə 15 milyon avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, Dzeko ilə "Qalatasaray"ın da maraqlandığı iddia edilir.

Xəbər 841 dəfə oxundu.