AZAL-ın yeni baş məşqçisi müəyyənləşdi
AZAL klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Bundan sonra paytaxt klubunu "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov çalışdıracaq.

42 yaşlı mütəxəssis bu postda baş məşqçi vəzifəsindən istefa verən Vaqif Sadıqovu əvəzləyib. T.Əhmədovun bu gün komanda ilə müqavilə imzalayacağı gözlənilir.

Xəbər 869 dəfə oxundu.