Droqba: "Qalatasaray" növbəti mərhələyə yüksələcək"
"Keçmiş klubum və komanda yoldaşlarıma qarşı oynayacağım üçün xoşbəxtəm. Bu görüş mənim üçün xüsusi olacaq. Ancaq meydanda necə təsir bağışlayacağımı bilmirəm. İndidən çox həyəcanlıyam".

Bu sözləri "Qalatasaray"ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab qarşılaşması öncəsi deyib.

Fildişi sahilli hücumçu London klubunu mübarizədən kənarlaşdıracağına inandığını bildirib:

"Çətin bir matç olacaq. Ümid edirəm ki, "Qalatasaray" növbəti mərhələyə yüksələcək".

Xəbər 882 dəfə oxundu.