Pankrationçularımız Tamasidə yarışacaqlar
Noyabrın 2-də Macarıstanın Tamasi şəhərində pankration üzrə uşaqlar, gənclər və veteranlar arasında dünya birinciliyi, böyüklər arasında Qran-pri turniri keçiriləcək. idman.com. az saytı xəbər verir ki, ölkəmizi bu yarışlarda Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərovun rəhbərliyi altında Elnar İbrahimov (50 kq), Bayram Səmədov (55 kq) və İlqar İbrahimov (80 kq) təmsil edəcəklər.
Yarışlara noyabrın 7-də yekun vurulacaq.

Xəbər 2733 dəfə oxundu.