Martino: "Messiyə deyəcək heç bir söz tapa bilmirəm"
"Santyaqo Bernabeu"da necə oynayacağımızı bilirəm. Bu matçdakı çıxışımızı "Real"la oyunda da davam etdirəcəyik. Artıq "El Klassiko" üçün start heyəti müəyyənləşdirmişəm".

Bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada "Osasuna"ya 7:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Argentinalı mütəxəssis futbolçusu Lionel Messi haqda müsbət fikirlər səsləndirib: "Messiyə deyəcək heç bir söz tapa bilmirəm. O, bütün rekordları qırmağa davam edir".

Xəbər 766 dəfə oxundu.