Joss Labadie 10 matç cəza aldı
İdman.com.az saytının məlumatına görə, İngiltərə İkinci Futbol Liqasında rəqibini dişləyən futbolçu Joss Labadieyə 10 matç cəza verilib.

İngiltərə mətbuatında yayılan xəbərlərə görə, 23 yaşlı futbolçu keçən ay Chesterfieldə qarşı oynadığı liqa matçında rəqibi Ollie Banksi dişlədiyi üçün ona 10 matçda iştirak etməmək və 2 min sterlinq pul cəzası verilib.

Xatırladaq ki, analoji hadisə İngiltərədə keçən mövsüm Liverpul və Çelsi komandaları arasında oynanılan İngiltərə Premyer Liqa qarşılaşmasında da baş vermişdi. Belə ki, o zaman Liverpulun Uruqvaylı hücumçusu Luis Suarez rəqibi Branislav Ivanovici dişləmişdi. İngiltərə Futbol Federasiyası tərəfindən o da 10 matç cəza almışdı.

Xəbər 835 dəfə oxundu.