Şəkidə kross üzrə yarış keçirilib
Martın 14-də Şəki şəhər Gənclər və İdman idarəsinin dəstəyi ilə şəhər stadionunda qızlar və oğlanlar arasında kross üzrə yarış keçirilib.

Ümumi nəticəyə görə qızlar arasında birinci yerə Günüy Hüseynova (Pedaqoji Kollec), ikinciyə Şəbnəm Abdullayeva (Pedaqoji Kollec), üçüncüyə Turanə Məmmədova (AMİ); Oğlanlar arasında birinci yerə Zabit Allahverdiyev (Pedaqoji Kollec), ikinciyə Səməd Seyidov (Musiqi Kolleci), üçüncüyə Elman Qasımov (Pedaqoji Kollec) layiq görülüblər.

Sonda qaliblər Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1068 dəfə oxundu.