Cantona həbs edildi
Mançester Yunaytedin əfsanəvi futbolçusu Eric Cantona Londonda həbs olunub.

İdman.com.az saytının məlumatına görə, İngiltərə mətbuatı metropoliten polisi tərəfindən dünən günorta saatlarında hücum nəticəsində 40 yaşlı birinin saxlanıldığını bildirib. Sonradan həmin şəxsin 1992-1997-ci illərdə Mançester Yunayted formasını geyinən Fransız futbolçu Cantona olduğu məlum olub.
      
Qeyd edək ki, 47 yaşlı keçmiş futbolçu 1995-ci ildə Crystal Palace ilə oynadıqları matçda, tribunadakı bir tərəfdara hücum etmiş və uzun müddət yaddaşlardan silinməyəcək bir hadisəyə imza atıb.

Xəbər 774 dəfə oxundu.