"Zenit"in futbolçusu "Atletiko"nun hədəfində
İspaniyanın "Atletiko" (Madrid) klubu növbəti transfer hədəfini açıqlayıb.

Madrid təmsilçisi heyətini "Zenit"in futbolçusu Aksel Vitsellə gücləndirməyi planlaşdırır.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone yeni mövsümdən belçikalı futbolçunu komandasında görmək istəyir. Yüksək məbləğ qarşılığında Peterburq təmsilçisinin Vitseli "Atletiko"ya satacağı bildirilir.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2012-ci ildə "Benfika"dan "Zenit"ə transfer olunmuşdu.

Xəbər 794 dəfə oxundu.