"Karyeramın sonunadək "Atletiko"da qalmaq istəyirəm"
"Atletiko" (Madrid) klubunun futbolçusu Koke mövsümün sonunda komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Marca" qəzetinə danışan Koke karyerasının sonunadək "Atletiko"da qalmaq istədiyini deyib:

"Mövsümün sonunda heç yerə getməyəcəm. Karyeramın sonuna qədər "Atletiko"da qalmaq istəyirəm. Komandamla uzun müddətli müqaviləm və burada özümü çox xoşbəxt hiss edirəm. "Atletiko" mənim doğma evimdir. Hazırda güclü komandamız və möhtəşəm proyektlərimiz var".

Qeyd edək ki, 22 yaşlı futbolçu ilə İngiltərənin "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Xəbər 858 dəfə oxundu.