Beyl: "Ronaldo dünyanın ən yaxşısıdır"
"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl bu mövsümkü çıxışını dəyərləndirib.

Uelsli futbolçu yaxşı formada olduğunu və oyunundan zövq aldığını bildirib:

"Komanda yoldaşlarımın səviyyəsinə yüksəlmək üçün çox çalışdım. Yaxşı formadayam və oyunumdan məmnunam. Şəhərə və komandaya uyğunlaşmağım bir qədər vaxt aldı. Amma indi sərgilədiyim oyunun dadını çıxarıram".

Komanda yoldaşı Kriştiano Ronaldo haqda danışan Beyl onu dünyanın ən yaxşısı adlandırıb: "Ronaldo dünyanın ən yaxşı futbolçusudur. Meydanda mənə çox kömək olur. Baş məşqçimiz Karlo Ançelotti də futbolçuların özünə güvənmələrini təmin edir".

Xəbər 884 dəfə oxundu.