PSJ-nin David Luiz israrı davam edir
Fransanın PSJ klubu "Çelsi"nin müdafiəçisi David Luizi transfer etməkdə israrlıdır.

Paris təmsilçisi braziliyalı futbolçunun transferilə bağlı yenidən "Çelsi"yə müraciət edib.

London klubu ilə razılıq əldə olunarsa, 26 yaşlı futbolçu yeni mövsümdən PSJ-də çıxış edəcək. Lakin "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Luizi komandada saxlamaq niyyətindədir. Bununla belə, "Çelsi" rəhbərliyi yüksək məbləğ qarşılığında təcrübəli futbolçunu sata biləcəklərini açıqlayıb.

Qeyd edək ki, David Luizlə "Barselona" və "Bavariya" klubları da yaxından maraqlanır.


Xəbər 790 dəfə oxundu.