Azərbaycanın U-19 komandası “Kuban baharı-2014” turnirində iştirak edəcək
Martın 19-dan 31-dək Rusiyanın Soçi şəhərində “Kuban baharı-2014” turniri keçiriləcəkdir.

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi turnirdə 12 komanda mübarizə aparacaqdır.
“B” qrupunda yer alan yığmamızın rəqibləri İsrail, Rusiya və Rumıniya komandaları olacaqdır.

Millimiz martın 20-də İsrail, iki gün sonra Rusiya, martın 24-də isə Rumıniya yığması ilə qarşılaşacaqdır.

Xəbər 1156 dəfə oxundu.