Mançini "Yuventus"un hücumçusunu istəyir
"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini mövsümün sonunda transfer etmək istədiyi növbəti futbolçunun adını açıqlayıb.

"Cim Bom" "Yuventus"un hücumçusu Fernando Lorenteyə "elçi" düşüb.

"Yuventus"un əsas heyətindən kənarda qalan ispaniyalı futbolçunun komandadan ayrılmaq istədiyi bildirilir. Lakin İstanbul təmsilçisi 29 yaşlı futbolçunun transferi üçün 20 milyon avrosundan keçməli olacaq. Belə ki, Lorentenin təzminat qiyməti məhz 20 milyon avrodur.

Qeyd edək ki, Lorente ötən il "Atletik" (Bilbao) klubundan "Yuventus"a transfer olunub.

Əlavə edək ki, Roberto Mançini "Qalatasaray"ın sabiq futbolçusu Arda Turanı da mövsümün sonunda komandaya qaytarmağı planlaşdırır.

Xəbər 940 dəfə oxundu.