"Milan" Aleks və Adebayoru istəyir
Çempionlar Liqasında mübarizəni dayandıran İtaliyanın "Milan" klubu mövsümün sonunda heyətini gücləndirməyi planlaşdırır.

Milan təmsilçisinin ilk transfer hədəfi PSJ-nin müdafiəçisi Aleksdir.

Mövsümün sonunda azad agent statusu alacaq braziliyalı futbolçunun "Milan"ın təklifini müsbət qarşıladığı bildirilir. "Milan" rəhbərliyi hücum xəttinə "Tottenhem"in forvardı Emanuel Adebayoru düşünür. Hələlik Adebayorun Londondan ayrılıb-ayrılmayacağı məlum deyil. Belə ki, "Tottenhem" klubu toqolu futbolçunu komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, "Milan" Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya məğlub olaraq (1:5) mübarizəni dayandırıb.

Xəbər 875 dəfə oxundu.