"PSJ-ə 5:0 hesabı ilə qalib gələ bilərdik"
"Bayer"in baş məşqçisi Sami Hyupia Çempionlar Liqasının 1/8 finalında PSJ ilə oyundan sonra açıqlama verib.

O, komandasının ilk oyunda 0:4, ikinci matçda isə 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, futbolçularının çıxışından razı qalıb. 40 yaşlı mütəxəssis "Bayer"nin bu matçda 5:0 hesabı qələbə qazanmaq şanslarının olduğunu da deyib:

"Komandamın nümayiş etdirdiyi oyunu çox bəyəndim. Qarşılaşma ərzində mübarizə apardılar. İlk hissədə daha yaxşı təsir bağışladıq. Rəqib bizim səhvlərimizdən istifadə etdi. PSJ güclü komandadır. Ancaq biz bu matçda 5:0 hesabı ilə qələbə qazana bilərdik".

Xəbər 808 dəfə oxundu.