Martino: "Necə komanda olduğumuzu hər kəsə sübut etdik"
"Bizim üçün asan oyun olmadı. Hər iki matçda üstün tərəf komandam idi. "Mançester Siti"ni məğlub edərək necə komanda olduğumuzu hər kəsə sübut etdik. Bundan sonrakı mərhələdə də rəqib kim olursa-olsun, uğurlu çıxış edəcəyik. "Mançester Siti" 1/4 finala yüksələn başqa klubları məğlub edə bilərdi".

Bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab oyunundan (2:1) sonra deyib.

Təcrübəli mütəxəssis komandasının son zamanlar qeyri-stabil çıxış etdiyini bildirib: "Bunun isə bir çox səbəbi var".

Qeyd edək ki, "Barselona" ilk matçda da "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün növbəti mərhələyə yüksəlib.

Xəbər 707 dəfə oxundu.