Ançelotti: "Əsas rəqibimiz "Bavariya"dır"
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti bu mövsüm əsas hədəflərindən danışıb.

Təcrübəli mütəxəssis ən birinci məqsədlərinin Çempionlar Liqasının kubokunu qazanmaq olduğunu deyib:

"Real" çox önəmli bir tarixə sahibdir. Ancaq 2002-ci ildən indiyə kimi Madrid klubu Çempionlar Liqasının finalına çıxa bilmir. Bu səbəbdən bizim ən birinci hədəfimizi finala yüksəlmək və ÇL-in kubokunu qazanmaqdır. Hazırda bu mübarizədə əsas rəqibimiz "Bavariya"dır".

Xəbər 729 dəfə oxundu.