Taekvondoçularımız Xorvatiyada qüvvəsini sınayacaqlar
Noyabrın 4-də Xorvatiyada taekvondoçular arasında açıq çempionat start götürəcək. Bu yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. idman.com.az saytının məlumatına görə, yığmamız səfərə 7 idmançı ilə yollanacaq.
Baş məşqçisi Ələkbər İmaməliyev bu sınaqda Fariz Əliyev (68 kq), Elvin Məmmədov, İlkin Şahbazov (hər ikisi - 74 kq), Ramin Əzizov, Bayraməli Vəliyev (80 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramova (+87 kq) şans verəcək.

Xəbər 1122 dəfə oxundu.