"Barselona" və PSJ 1/4 finalda
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

İkinci oyun gününə daha iki qarşılaşma keçirilib

"Barselona" öz meydanında "Mançester Siti"ni qəbul edib. İlk görüşdə səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn kataloniyalılar bu oyunda 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib..

Digər görüşdə "Bayer" (Leverkuzen) səfərdə PSJ-nin qonağı olub. Almaniyada baş tutan ilk matçda rəqibini 4:0 hesabı ilə darmadağın edən Paris klubu bu dəfə də rəqibindən üstün olub - 2:1.

Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 18 və 19-da keçiriləcək.

12 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0) - 2:1
Qollar: Messi, 67 (1:0), Kompani, 88 (1:1), Alveş, 90+2 (2:1)
Qırmızı vərəqə: Zabaleta, 78 ("Mançester Siti")

23:45. PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0) - 2:1
Qollar: Sam, 6 (0:1), Marqinos, 13 (1:1), Lavezzi, 53 (2:1)
Qırmızı vərəqə: Can, 68 ("Bayer")

18 mart

23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)

23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)


19 mart

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)


11 mart

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) (İlk oyun - 1:0) - 4:1
Qollar: Dieqo Kosta, 3 (1:0), Kaka, 27 (1:1), Arda Turan, 41 (2:1), Raul Qarsiya, 71 (3:1), Dieqo Kosta, 85 (4:1)

23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) (İlk oyun - 2:0) - 1:1
Qollar: Şvaynştager, 55 (1:0), Padolski, 57 (1:1)

Xəbər 839 dəfə oxundu.