Rəqibini dişlədi, 10 oyunluq cəzalandı
İngiltərənin ikinci Liqasında mübarizə aparan "Torquay Yunayted"in futbolçusu Joss Labadie ötən ay "Şesterfeld"lə qarşılaşmada rəqibini dişlədiyi üçün 10 oyunluq cəzalandırılıb.

23 yaşlı yarımmüdafiəçi İngiltərə Futbol Futbol Federasiyası tərəfindən 2 min fun-sterlinq dəyərində cərimələnib.

Qeyd edək ki, ötən mövsüm "Liverpul"un futbolçusu Luis Suarez "Çelsi"nin oyunçusu Branislav İvanoviçin qolunu dişlədiyi üçün 10 oyunluq cəzalanmışdı.

Xəbər 768 dəfə oxundu.