Qvardiola: "Arsenal" sadəcə 8 dəqiqə bizdən üstün oldu"
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Arsenal"la 1:1 hesablı bərabərə qaldıqları (1:1) oyunu şərh edib.

İspan mütəxəssis qarşılaşma ərzində üstün tərəf olduqlarını deyib:

"İlk matçdan sonra 2:0 hesablı üstünlüyümüz var idi. Qarşılaşma ərzində oyuna və topa hakim olduq. Rəqibin əks hücumlar etməsinə imkan vermədik. Hər iki matçda üstün tərəf biz idik. "Arsenal" yalnız 8 dəqiqə bizdən üstün oldu. Birinci hissədə onlara qol fürsəti yaratmalarına belə imkan vermədik".

Qeyd edək ki, "Bavariya" ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyi üçün iki görüşün nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.

Xəbər 785 dəfə oxundu.