Droqba "Roma"nın hədəfində
"Qalatasaray"ın futbolçusu Didye Droqba daha bir klubun maraq dairəsinə düşüb.

Fil Dişi Sahili yığmasının hücumçusunu İtaliyanın "Roma" klubu heyətinə qatmaq istəyir.

"Cim Bom"la müqaviləsi mövsümün sonu başa çatacaq Droqba ilə paytaxt təmsilçisinin yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Roma" 2009-cu ildə də Droqbanı transfer etmək istəyib, ancaq buna nail olmayıb.

Xəbər 769 dəfə oxundu.