Venger: "Robbenin simulyasiya etməsinə ehtiyac yoxdur"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalında "Bavariya" (1:1) ilə oyundan sonra rəqibin futbolçusu Aryen Robbeni tənqid edib.

Təcrübəli mütəxəssis hollandiyalı oyunçunu tez-tez simulyasiya etməkdə günahlandırıb:

"Robben heç bir qayda pozuntusu olmadığı halda tez-tez yerə yıxılırdı. O, möhtəşəm futbolçudur, ancaq bu cür hərəkətlərini anlaya bilmirəm. Robben kimi oyunçuların simulyasiya etməsinə ehtiyac yoxdur. Təəssüf ki, hakim onun hərəkətlərini görüb, sarı vərəqə ilə cəzalandırmır. Əgər cəzalandırılsa, Robben bir də belə etməz".

Xəbər 877 dəfə oxundu.