Mixael Şumaxerdən şad xəbər
"Formula - 1" çempionu Mixael Şumaxerin durumunda irəliləyiş var.

Bu haqda dekabrın 29-dan komada olan pilotun meneceri Sabine Kehm bildirib. O deyib ki, bəzən Şumaxer insan səsinə reaksiyalar verir:

"Biz inanırıq ki, Şumaxer komadan oyanacaq. Bəzən çox kiçik də olsa, o, insan səsinə reaksiya verir. Amma qarşıda uzun müddət var, səbirli olmalıyıq".

Qeyd edək ki, Şumaxer Fransanın Meribel əyalətində dağda xizək sürərkən yıxılıb və beyni zədələnib.

Xəbər 778 dəfə oxundu.