Rusiya millisi XI Soçi Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinciliyini davam etdirir
Rusiya millisi XI Soçi Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinciliyini davam etdirir.

45 ölkədən idmançıların qatıldıqları Paralimpiya Oyunlarında Rusiya millisinin hesabında 11 qızıl, 14 gümüş və 9 bürünc medal vardır.
Almaniya yığması 4 medalla (4-0-0) ikinci, Ukrayna millisi isə 11 medalla (3-3-5) üçüncü pillədə qərarlaşmışlar.
XI Qış Paralimpiya Oyunlarında artıq 15 ölkədən idmançılar medal qazanmışlar.

Paralimpiya Oyunlarına martın 16-da yekun vurulacaqdır.

Xəbər 733 dəfə oxundu.