Noyer: "Arsenal" güclü xarakterə malik komandadır"
"Bavariya" klubunun qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalının cavab oyunu çərçivəsində "Arsenal"la baş tutan oyun haqda danışıb.

Almaniyalı qolkiper "sport1.de"yə açıqlamasında "Arsenal"ın güclü rəqib olduğunu bildirib:

"Arsenal" çox güclü xarakterə malik komandadır. Cavab matçında daha yaxşı oynadılar və bizə müəyyən qədər problem yaratdılar. Onlarla görüşdə arxayınlaşmaq olmaz. "Topçular" rəqibin səhvini bağışlamırlar. Dünən də bunun şahidi olduq".

Qeyd edək ki, cavab matçında "Arsenal"la 1:1 bərabərə qalan "Bavariya" 1/4 finala yüksəlib.

Xəbər 914 dəfə oxundu.