"Rubin" "Mançester Yunayted"in hücumçusunu istəyir
"Mançester Yunayted" klubunun hücumçusu Xavyer Hernandez Rusiyadan təklif alıb.

"Rubin" (Kazan) klubu meksikalı futbolçunun xidmətində maraqlıdır.

"Mançester Yunayted"in əsas heyətinə düşməkdə çətinlik çəkən 25 yaşlı futbolçunun komandadan ayrılmaq istədiyi bildirilir. Kazan təmsilçisi Hernandezlə razılığa gələcəyi təqdirdə təcrübəli futbolçu yeni mövsümdən "Rubin"də çıxış edəcək.

Qeyd edək ki, Hernandez bu mövsüm keçirdiyi 19 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 756 dəfə oxundu.