Platini: "Avro-2020”nin finalını İstanbulda izləmək istəyirəm"
UEFA prezidenti Mişel Platini “Avro-2020”nin final matçının keçirilməsini istədiyi şəhərin adını açıqlayıb.

"CNN İnternational"a danışan qitənin ali qurumun prezidenti bu qarşılaşmanın Türkiyənin İstanbul şəhərində keçirilməsini arzuladığını deyib:

"Avro-2020-nin final oyununu İstanbulda izləmək istəyirəm. Çünki onlar uzun müddətdir ki, bir çox turnirə ev sahibliyi etmək üçün namizəd olsalar da, seçilməyiblər".

Xəbər 848 dəfə oxundu.