"Borussiya" Nuri Şahin üçün danışıqlara başladı
"Borussiya" (Dortmund) "Real"dan icarəyə götürdüyü Nuri Şahini birdəfəlik almaq üçün Madrid klubu ilə artıq danışıqlara başlayıb.

Dortmund təmsilçisi "Kral klubu"na 7 milyon avroluq təklif göndərib. "Real"ın böyük ehtimalla bu təklifə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, "Borussiya" N. Şahini birdəfəlik alacağı təqdirdə, türk yarımmüdafiəçinin illik gəlirini 3 milyon avroya yüksəldəcək.

Xəbər 816 dəfə oxundu.