Ağayev Elxan Ağabala oğlu
Ağayev Elxan Ağabala oğlu 04 iyun 1939-cu ildə Bakı şəhərində anadan olub.

1957-ci ildən əmək fəaliyyətinə başlayıb. 1961-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1954-cü ildən basketbol idman növü üzrə məşğul olub. 1958-1960-cı illərdə «Neftçi» İC, 1961-1972-ci illərdə orta məktəbdə müəllim, 1960-1985-ci, 1999-2001-ci illərdə qadınlardan ibarət yığma komandanın baş məşqçisi, ADBTİ-da idman oyunları kafedrasının müdiri, «Lokomotiv» KBTİC RŞ-nın sədri, Ümumittifaq KBTİC-nın üzvü və Bakı şəhər şurasının sədri, «Bakılı» İK-nun sədri, hal-hazırda «Spartak» KBTİC RŞ-nın sədr müavini vəzifəsində çalışır. MOK-un üzvü, İcraiyyə Komitəsinin üzvü, (1992-1993) olub.

Azərbaycan Basketbol Federasiyasının birinci vitse-prezidenti, (1994-1996), Azərbaycan Atletika Federasiyasının prezidenti, (1996-2000), Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti (2003-2005) vəzifələrində çalışıb.

Hazırda Azərbaycan İdman Rəqsləri Federasiyasının prezidentidir. SSRİ idman ustası, Respublika dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, SSRİ bədən tərbiyəsi və idman əlaçısı adlarına layiq görülüb. Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının baş katibidir.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 4352 dəfə oxundu.