Kompyuter oyunları üzrə Astara rayon birinciliyi
Martın 6-da Astara rayon H.Əliyev Mərkəzində kompyuter oyunları üzrə 13-18 yaşlı yeniyetmə və gənclər arasında Astara rayon birinciliyi keçirilib.

Oyunların əsasnaməsi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsi tərəfindən təsdiq olunub.

Oyunların püşkatma mərasimindən sonra “Counter-Striker” komanda oyunu üzrə 10 komanda və “Pes 2013” şəxsi oyunu üzrə 10 nəfər (hər komandadan 1 nəfər) mübarizəyə başlayıblar.

“Couner-Striker” komanda oyununda birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq “Uğur” (Suparibağ kənd tam orta məktəb), “Rambo” (Artupa kənd tam orta məktəb), “Young Boys”-(Şəhər 3 saylı tam orta məktəb); “Pes 2013” şəxsi oyununda birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Namik Tarifzadə (Artupa kənd tam orta məktəb), Süleyman Ağayev (Pensər kənd 1 saylı tam orta məktəb), Vahid Qurbanov (Şəhər 2 saylı tam orta məktəb) layiq görülüblər.

Komanda üzrə və şəxsi birinciliklərdə fəxri yerləri qazananlar Astara RGİİ-nin fəxri fərmanları və medalları ilə təltif olunublar.

Qalib komanda və qalib gənclər Respublika zona birinciliklərində Astara rayonunu təmsil etmək hüququ qazanıblar.

Xəbər 1619 dəfə oxundu.