Alleqri Yunanıstan millisini çalışdıra bilər
"Milan"ın keçmiş baş məşqçisi Massimiliano Alleqri Yunanıstan millisinin çalışdıra bilər.

Hazırda yığmanı çalışdıran Fernando Santos DÇ-2014 başa çatdıqdan sonra komandadan ayrılacaq. Yunanıstan Futbol Federasiyası isə boş qalacaq bu posta M.Alleqrini gətirməyi planlaşdırır. Artıq bununla bağlı qurum təcrübəli mütəxəssislə danışıqlara başlayıb.

Qeyd edək ki, M.Alleqri bu ilin yanvar ayında "Milan"dan ayrılıb.

Xəbər 759 dəfə oxundu.