Pele: "Argentina yığmasındakı başqa Messidir"
Dünya futbolunun canlı əfsanəsi Pele yenidən Argentina millisinin hücumçusu Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.

"Marca" qəzetinə danışan Pele Messinin Argentina yığmasında yaxşı oyun sərgiləmədiyini bildirib:

"Barselona"da oynayan hər kəsin bildiyi Messidir. Ancaq Argentina millisində çıxış edən başqa Messidir. "Barselona"da iki super futbolçu - Xavi və İniyesta Messinin yaxşı oyun sərgiləməsinə kömək edir. Ancaq Argentina millisində fərqlidir. Çünki Messinin yığmadakı komanda yoldaşlarına uyğunlaşması çətindir. Onun əsl fərqi də budur".

Xəbər 763 dəfə oxundu.